Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sırasına daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
İddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmə qərardadları da icra sənədi sayılır.
Cinayət işləri üzrə hökmlərin, qərardadların və qərarların əmlakın alınmasına dair hissəsi də bu sənədlərə aid edilir.
Xarici və yerli arbitraj məhkəmələrinin qərarları da icra sənədləri sırasında göstərilib.
