Xarici dövlətlərin məhkəmələrinin mülki və kommersiya mübahisələrinə dair qərarlarının icrası “İcra haqqında” Qanunun əhatə dairəsinə daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qanun xarici məhkəmə qərarlarının Azərbaycanda məcburi icrası üçün ümumi hüquqi çərçivəni müəyyən edir.
Xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının icrası da bu qanunun müddəaları ilə əhatə olunur.
Belə qərarların icrası qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.