Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.

Heftelik.az xəbər verir ki, husilərin atdığı raket hava limanının 3 saylı terminalının yaxınlığına düşüb.

Daha bir mərmi isə ölkənin şərqində yerləşən Dammam şəhərindəki hava limanının yaxınlığına düşüb.

Hücum nəticəsində həlak olanların 4-ü Səudiyyə Ərəbistanı vətəndaşı, 8-i isə ölkədə yaşayan əcnəbilərdir.

Həlak olan əcnəbilərdən ikisinin Banqladeş, digərlərinin isə ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları olduğu qeyd edilib.