Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

N.Quliyevi bıçaqlamaqda şübhəli bilinən 2008-ci il təvəllüdlü əkiz qardaşı X.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qardaşlar arasında mübahisə bir-birinin otağına icazəsiz daxil olma səbəbindən yaranıb.

Faktla bağlı araşdırma davam etdirilir.