Zaqatalada yeniyetmə qız dəm qazından boğularaq həyatını itirib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə Zaqatala şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.