Bərdədə maşın piyadanı vuraraq öldürüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Nizami Cəfərov “Mercedes Benz C220 CDI” markalı avtomobillə hərəkətdə olarkən 1955-ci il təvəllüdlü piyada Əsli Muradovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.