Oktyabrın 12-də Rusiyanın hava limanlarında PUA hücumları ilə əlaqədar uçuş cədvəllərində yenidən gecikmələr və ləğvlər qeydə alınıb.

Heftelik.az xəbər verir ki, ləğv olunanlar arasında AZAL-ın reysləri də var.

“Vnukovo” hava limanında gecə saatlarından etibarən kütləvi uçuş ləğvləri başlayıb. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin saat 01:00-da Bakıya həyata keçirilməsi planlaşdırılan reysi də ləğv edilib. Qeyd olunur ki, bundan başqa AZAL-ın Bakıya olan daha bir reysi də ləğv olunub.

Məlumata görə, “Vnukovo” hava limanında həmçinin Oş, Səmərqənd, İrəvan və digər şəhərlərə də uçuşlar ləğv olunub. Pulkovo hava limanında 60-dan çox təyyarənin enişi gecikir, Soçidə isə uçuşlar bir neçə saat sonraya təxirə salınıb.

Ən çox problem “Pobeda”, “Aeroflot”, “Rossiya”, “Nesma Airlines” və “Red Sea Airlines” aviaşirkətlərinin reyslərində müşahidə olunur.