Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında Mingəçevir şəhəri ərazisində qeydə alınıb.

44 yaşlı Elşad Məmmədov kəsilmiş-deşilmiş xəsarətlər alıb. Polis əməkdaşları əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görür.

Şəhər sakini olan Elşad Məmmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən, 26 yaşlı Əvəz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.