
Məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri, qanunda nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, bir ay ərzində icraya yönəldilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
İddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmə qərardadları əsasında verilən icra vərəqələri isə dərhal icraya yönəldilir.
Notariusun icra qeydlərinin də icraya yönəldilməsi dərhal həyata keçirilməlidir.
İnzibati xətalara dair işlər üzrə səlahiyyətli orqanların vəzifəli şəxslərinin qərarları isə, xüsusi hallar istisna olmaqla, on gün ərzində icraya yönəldilir.
