Əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalıdırsa, müvafiq qərar “Elektron icra” sistemindən “Elektron notariat” sisteminə göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Əmlak iki ay ərzində açıq bazarda satıldıqda satışdan əldə olunan vəsait icra xidmətinin depozit hesabına köçürülür.
Notarius vasitəsilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları icra məmurunun nəzarəti altında təşkil olunur və ödənişlər depozit hesabına köçürülür.
Əmlak iki ay müddətində satılmadıqda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir.