Xarici dövlətlərin məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri icra sənədləri hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qanunda məhkəmə əmrləri də ayrıca icra sənədi kimi müəyyən edilib.
İcra məmurlarının icra ödənişinin alınması barədə qərarları da icra sənədləri sırasına daxil edilib.
Belə sənədlər üzrə icra prosesi qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.