Masazır-Novxanı yolunun Masazır qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə zamanı “KIA” markalı minik avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletdə olan iki nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı