Gəncədə 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, 36 yaşlı R. Həsənov atası O. Həsənov tərəfindən bıçaqlanıb.

Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən O. Həsənov polis əməkdaşları tərəfindən tutulub.

Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığı məlum olub. Belə ki, 1984-cü il təvəllüdlü A. Həsənov da bıçaqlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.