Klarnet ifaçısı Hüseyn Məmmədoğlu Xalq artisti Alim Qasımovla bağlı açıqlama verib.
Heftelik.az Axşam.az-a istinadla xəbər verir ki, musiqiçi bu barədə “Sevilən səhər” proqramında danışıb.
O, oğlunun bir yaş mərasiminə Alim Qasımovu dəvət etdiyini, lakin sənətkarın məclisə gəlmədiyini bildirib:
“Oğlumun bir yaşı məclisinə Alim Qasımovu dəvət etdim. Amma gəlmədi. Toxunulmaz insanlar var, canı sağ olsun. Ora gəlmədi, mənim ölkəmi, Azərbaycan musiqisini haralara aparıbsa, heç mən oralara gedə bilmərəm”.
Qeyd edək ki, bundan əvvəl müğənni Pünhan Piriyev bir neçə gün əvvəl baş tutan toyuna Xalq artisti, xanəndə Alim Qasımovu da dəvət etdiyini, lakin Alim Qasımov bunun müqabilində 15 min manat istədiyini açıqlayıb. “Arzum idi ki, toyumda Alim Qasımov olsun. Zəng etdim ki, ad günümdə gəlmədiniz, dediniz ki, toyunda gələcəyəm. İndi toyumdur, gəlin. Soruşdu ki, nə kimi dəvət edirsən? Cavab verdim ki, ağsaqqal kimi. Gəlin, oturun başda. İstəsəniz, açılışı edin, istəməsəniz, yox. Dedi ki, 15 min ver, gəlim”.
