Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız qanunla müəyyən olunmuş əsaslarla və qaydada yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı bunun əsaslarını və səbəblərini həmin şəxsə izah etməlidir.
Polis əməkdaşı eyni zamanda hüquqları məhdudlaşdırılan şəxsin bununla əlaqədar hüquq və vəzifələrini də izah etməlidir.
Beləliklə, hüquq və azadlıqların məhdudlaşdırılması yalnız qanuni prosedur əsasında həyata keçirilə bilər.
