Əvvəllər cinayət törətdiyinə görə məhkum olunmuş şəxslər könüllü ictimai fəaliyyətə cəlb edilə bilməzlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Psixi xəstəlik, narkomanlıq və alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər də bu fəaliyyətə cəlb edilə bilməz.
Fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilən şəxslərə də bu məhdudiyyət tətbiq olunur.
Bu qaydalar ictimai asayiş və təhlükəsizliyin təmin olunmasında könüllü fəaliyyətə cəlb edilən şəxslərə dair tələbləri müəyyən edir.
