Polis odlu silah, döyüş sursatı, zəhərli maddələr və digər zərərli materialların əldə edilməsi, saxlanması, gəzdirilməsi və daşınmasına müəyyən edilmiş qaydada icazə verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polis həmin əşyaların dövriyyəsinə nəzarəti də həyata keçirir.
Qanuna əsasən, çoxaldıcı rəngli qurğuların, o cümlədən kseroksların qeydiyyatı da polis tərəfindən aparılır.
Bu fəaliyyət qanunvericilikdə müəyyən edilmiş icazə və qeydiyyat qaydalarına uyğun həyata keçirilir.