Rusiya Xarkovda elektrik stansiyasına zərbə endirməklə ABŞ Prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsini pozub.

Heftelik.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, zərbə Trampın “Truth Social” sosial şəbəkəsindəki paylaşımından dərhal sonra həyata keçirilib.

“Putinin “Truth Social”ı oxumadığı aydındır”, – Zelenski qeyd edib.

Zelenski bildirib ki, Rusiya bu qış enerji atəşkəsinə razılaşmasa, Ukrayna buna cavab verəcək.