Sovet dövründə Azərbaycanda 2000-dən çox laoslu tələbə təhsil alıb.

Heftelik.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib.

Dövlət başçısı bu ənənəni bərpa etməyi təklif edib.

“Bunun üçün müvafiq təqaüdlər mexanizmi də tətbiq olunub və əminəm ki, biz gələcək illər ərzində daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik”, – Prezident İlham Əliyev qeyd edib.