Polis hazırlanan və törədilmiş cinayətlər haqqında ərizə və məlumatları yoxlamaq hüququna malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Cinayətlərin qarşısının alınması və açılması məqsədilə polis daxil olan məlumatların araşdırılmasını həyata keçirə bilər. Bu fəaliyyət cinayət barədə məlumatların yoxlanılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsini əhatə edir. Polis əməkdaşı bu səlahiyyətdən qanunla müəyyən edilmiş çərçivədə istifadə edir.