Polis bütün müəssisə, idarə, təşkilat və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydalara əməl olunmasına dövlət nəzarətini təmin edir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Nəzarət avtonəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması ilə bağlı tələbləri də əhatə edir. Bu sahədə qüvvədə olan qayda, normativ və standartların tələblərinə riayət olunması təmin edilməlidir. Polis həmin tələblərin icrasına qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində nəzarət edir.