Polis ölkənin bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və hərbi vəziyyət rejiminin təmin olunmasında iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polis epidemiya zamanı karantin tədbirlərinin həyata keçirilməsində də iştirak edir.
Müvafiq qurumun iştirakı ilə epizootiya zamanı karantin tədbirlərinin həyata keçirilməsi də polisin vəzifələrinə daxildir.
Bu tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydada ictimai təhlükəsizliyin qorunmasına yönəldilir.