Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı müəyyən hüquqi əsaslar çərçivəsində həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Əməkdaşlıq Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Həmçinin xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bağladığı müqavilələr bu sahədə hüquqi əsas təşkil edir.
Azərbaycanın üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamə və əsasnamələri də bu əməkdaşlığın tənzimlənməsində nəzərə alınır.
