Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda müvafiq polis orqanı tədbirlər görməlidir.
Polis orqanı pozulmuş hüquq, azadlıq və qanuni mənafelərin bərpa olunmasını təmin etməli və vurulan ziyanı ödəməlidir.
Polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində yaranmış ziyan qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.
