Həbs şəxsin azadlığının müvəqqəti məhdudlaşdırılması ilə onun müvafiq həbsdə saxlanılma yerində saxlanılmasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Həbs inzibati xətanın törədilməsinə görə inzibati tənbeh kimi tətbiq edilə bilər.
Həmçinin cinayət işi üzrə qətimkan tədbiri qismində Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda həbs tətbiq olunur.
Həbsin tətbiqi və şəxsin saxlanılması qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməlidir.
