İcraatda olan iş üzrə məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətləri icraatın dayandırılması müddətinə təsir göstərir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Belə halda icraat həmin şikayətlərlə bağlı məhkəmə qərarları qanuni qüvvəyə minənədək dayandırılır. Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş şikayətlərlə bağlı isə icraat həmin məhkəmənin qərarı qəbul edilənədək dayandırılır. Digər hallarda icraatın dayandırılması səbəbləri aradan qalxanadək qüvvədə qalır.
