Qanunda müəyyən edilən hallarda icra sənədi üzrə icraat məcburi qaydada dayandırılır. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Belə hallar sırasında borclunun ölümü, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilməsi, hüquq varisliyinə yol verilməsi və borclunun iflası barədə məhkəmə icraatına başlanması yer alır. Borclunun fəaliyyət qabiliyyətini itirməsi də icraatın məcburi dayandırılması üçün əsasdır. Həmçinin borclunun Silahlı Qüvvələrin döyüşən hissəsində olması və qanunda göstərilən digər hallar zamanı icraat dayandırılır.