Xarici dövlətlərin məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri üç il ərzində icraya yönəldilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri isə dərhal icraya yönəldilir.
Xarici və yerli arbitraj məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri, xüsusi hallar istisna olmaqla, bir ay ərzində icraya yönəldilməlidir.
Arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tanınması və icrası barədə məhkəmə qərarları əsasında verilən icra vərəqələri isə dərhal icra olunur.
