Notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə müraciəti icra qeydi ilə birlikdə icra orqanına göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Notarius bu sənədləri bir iş günü ərzində icra orqanına göndərməlidir.
İpoteka predmetinin açıq bazarda satılması yolu ilə tələbin könüllü icrası üçün iki ay müddət müəyyən edilir.
Əmlak həmin müddətdə satılmadıqda tələb qanunda nəzərdə tutulan qaydada icra məmuru tərəfindən məcburi icra edilir.