Alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər icra sənədləri hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Notariusun icra qeydləri də icra sənədləri sırasında yer alır.
İnzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların vəzifəli şəxslərinin qərarları da icra sənədi sayılır.
Qanunvericiliklə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları da icra sənədləri sırasına daxil edilir.