İnzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarları da “İcra haqqında” Qanunun tənzimlədiyi qərarlar sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
İnzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların və vəzifəli şəxslərin qərarları da qanunda nəzərdə tutulan hallarda icra edilir.
İnzibati cərimə tətbiq edilməsi barədə qərarların icrası İnzibati Xətalar Məcəlləsinin müəyyən etdiyi tələblər nəzərə alınmaqla həyata keçirilir.
Bu qərarların icrası zamanı müvafiq qanunvericilik normalarına riayət olunmalıdır.