Müvəqqəti inzibatçı bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuş müqavilələrlə bağlı tədbirlər görə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Xüsusilə bankın maraqlarına aşkar şəkildə zidd şərtlərlə bağlanmış, o cümlədən kredit müqavilələri üzrə öhdəliklərin icrasından imtina və müqavilələrin ləğvi üçün tədbirlər görülür. Bu tədbirlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Məqsəd bankın maliyyə vəziyyətinə mənfi təsir göstərən müqavilə öhdəliklərinin aradan qaldırılmasıdır.