Bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan və qanunda göstərilən müəyyən müqavilələr etibarsız hesab edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Müvəqqəti inzibatçı belə müqavilələr əsasında bankın əldən çıxmış aktivlərinin geri qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirləri görür. O, həmçinin banka dəymiş zərərin ödənilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Müvəqqəti inzibatçının bankın idarə edilməsi ilə bağlı qəbul etdiyi qərarlardan maraqlı şəxslər məhkəməyə şikayət verə bilərlər.
