Borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda icra sənədi geri qaytarıla bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Bunun üçün icra məmurunun borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı gördüyü bütün tədbirlər nəticə verməməlidir. Tələbkar borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə də sənəd qaytarıla bilər. Tələbkar öz hərəkətləri və ya hərəkətsizliyi ilə icra sənədinin icrasına mane olduqda da eyni qayda tətbiq edilir.