İcra sənədi üzrə icraatda tərəflər tələbkar və borcludur. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Xeyrinə və ya maraqlarına uyğun icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar hesab edilir. İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli və ya müəyyən hərəkətlərdən çəkinməli olan fiziki və ya hüquqi şəxs isə borclu sayılır. İcraatda bir neçə tələbkar və ya borclu iştirak edə bilər və onların hər biri digər tərəfə münasibətdə müstəqil iştirak etmək hüququna malikdir.