18 yaşına çatmayan, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyətsiz şəxslər icraatda nümayəndə ola bilməzlər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Hakimlər, müstəntiqlər, prokurorlar, icra məmurları və məhkəmə aparatı işçiləri də icraatda nümayəndə qismində iştirak edə bilməzlər. Bu qadağa həmin şəxslərin qanuni nümayəndə kimi və ya müvafiq məhkəmə və prokurorluğun müvəkkili kimi iştirak etdiyi hallara şamil olunmur. Beləliklə, qanun müəyyən vəzifə sahiblərinin icraatda nümayəndə kimi iştirakına məhdudiyyət qoyur.