İcra hərəkətləri zamanı xüsusi bilik tələb edən məsələlərin izahı üçün mütəxəssis dəvət oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Mütəxəssis icra məmurunun təşəbbüsü və ya tərəflərin ərizəsi əsasında dəvət edilir.
Bir neçə mütəxəssisin də icraatda iştirakına yol verilir və bununla bağlı icra məmuru qərar qəbul edir.
Mütəxəssisin iştirakı icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklərdən istifadə edilməsinə imkan yaradır.