İcra məmuru borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında, eləcə də elektron pul təşkilatlarında hesablarının olub-olmaması barədə məlumatları vergi orqanlarından tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Vergi orqanları tələb olunan məlumatları üç gün müddətində icra məmuruna təqdim etməlidirlər.
Bu məlumatlar icra sənədinin icrası üçün borclunun pul vəsaitlərinin müəyyənləşdirilməsinə xidmət edir.
Məlumatların vaxtında təqdim edilməsi məcburi icra tədbirlərinin həyata keçirilməsinin sürətləndirilməsinə imkan yaradır.
