Borclunun digər əmlakı tələbin tam təmin edilməsi üçün kifayət etmədikdə girov qoyulmuş əmlaka tələb yönəldilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Bu zaman girovsaxlayanın mülki qanunvericiliklə müəyyən edilmiş hüquqlarına və qanunda nəzərdə tutulan qaydalara əməl olunmalıdır.
Girov qoyulmuş əmlak girovsaxlayanda olduqda, o, öz tələbinə nisbətən üstün olan digər tələbləri həmin əmlakın dəyərindən çox olmayan həcmdə təmin etməlidir.
Beləliklə, girov predmetinin hesabına digər tələblərin təmin edilməsi girovsaxlayanın qanuni hüquqları nəzərə alınmaqla həyata keçirilir.
