Mərkəzi Bank aktivlərin keyfiyyətindən asılı olaraq bankdan xüsusi ehtiyatların yaradılmasını tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qanun müəyyən hallarda nizamnamə kapitalının bankın zərəri məbləğində azaldılmasını da nəzərdə tutur.
Bu tədbirlər bankın aktivlərinin keyfiyyətindən və maliyyə vəziyyətindən asılı olaraq tətbiq edilə bilər.
Məqsəd bankın maliyyə göstəricilərində yaranmış problemlərin tənzimlənməsidir.