Xarici bankın yerli nümayəndəliyi öz idarə edilməsi və cari fəaliyyəti barədə hesabatları Mərkəzi Banka təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Hesabat nümayəndəliyin fəaliyyətinin qanunvericilik və əsasnamə ilə müəyyən edilmiş hüdudlarda həyata keçirildiyini göstərməlidir.
Hesabatın forması, məzmunu və təqdim edilmə qaydasını Mərkəzi Bank müəyyən edir.
Mərkəzi Bankın əməkdaşları hesabat məlumatlarını dəqiqləşdirmək məqsədilə nümayəndəliyi yerində yoxlaya bilərlər.