Kənar auditor banka mühüm zərər vuran qanunsuz hərəkətlər barədə Mərkəzi Banka məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu tələb inzibatçı və ya hər hansı əməkdaşın auditorun məlumatı olduğu qanunsuz hərəkətlərinə də aiddir.
Auditor bankın idarə edilməsində və ya cari fəaliyyətində aşkar etdiyi çatışmazlıqlar barədə də məlumat verməlidir.
Belə məlumatların təqdim edilməsi bank fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədi daşıyır.