Müştəri vəfat etdikdə onun hesabları, əmanətləri və bank saxlancında olan əmlakı barədə məlumatlar notariuslara təqdim edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Məlumatlar icraatında olan vərəsəlik işləri üzrə təqdim olunur.
Belə məlumatlar müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə də verilə bilər.
Qayda vəfat etmiş şəxsin bankdakı əmlakı və vəsaitləri ilə bağlı vərəsəlik prosedurlarının aparılmasına xidmət edir.