Polis cinayətin açılması, təhqiqat və istintaqın aparılması ilə əlaqədar hüquqi və fiziki şəxslərdən zəruri izahatlar, məlumatlar, arayışlar və sənədlər ala bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Dövlət sirri təşkil edən sənədlər bu hüququn əhatə dairəsindən istisna edilir. Polis cinayət törətməkdə şübhələnilən şəxslərin barmaq izlərini götürə və qanunvericilikdə müəyyən edilmiş qaydada prosessual hərəkətlər həyata keçirə bilər. Bu tədbirlər cinayətin açılması və araşdırılması məqsədilə görülür.