Banklar, onların törəmə təsərrüfat cəmiyyətləri, filial və şöbələri Mərkəzi Bankın əməkdaşları və təyin etdiyi auditorların fəaliyyəti üçün zəruri şərait yaratmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu tələb xarici bankların yerli filial və nümayəndəliklərinə də şamil edilir.
Qurumlar nəzarət və yoxlama zamanı zəruri təşkilati və texniki imkanları təmin etməlidirlər.
Belə şəraitin yaradılması Mərkəzi Bankın nəzarət funksiyalarının səmərəli həyata keçirilməsi üçün nəzərdə tutulub.
