Mərkəzi Bank bankın başqa şəxslərin öhdəlikləri üzrə təminat və zəmanət verməsini dayandıra bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Təshih tədbirləri çərçivəsində dividendlərin ödənilməsi də məhdudlaşdırıla və ya dayandırıla bilər.
Bu tədbirlər bankın maliyyə vəziyyətinin qorunması məqsədilə tətbiq edilə bilər.
Bankın öz vəsaitlərindən istifadə istiqamətlərinə belə məhdudiyyətlər qoyulması qanunda nəzərdə tutulan nəzarət mexanizmlərindən biridir.