Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gün başlayaraq ən geci 30 təqvim günü ərzində tədbirlər planı hazırlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Plan ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəriciləri əsasında hazırlanır.
Sənəddə rezolyusiya metodları, onların şərtləri, iqtisadi əsaslandırılması və müddətləri göstərilməlidir.
Hazırlanmış tədbirlər planı Mərkəzi Banka təqdim edilməlidir.
