Bankın maliyyə dayanıqlılığına xələl gətirən investisiya müqavilələri ilə bağlı müvəqqəti inzibatçı tədbirlər görə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Belə hallarda müqavilələrin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada ləğvi və ya onlara əlavə və dəyişikliklər edilməsi mümkündür. Müvəqqəti inzibatçı bu səlahiyyətdən bankın maliyyə dayanıqlılığının qorunması məqsədilə istifadə edir. Tədbirlər bankın maliyyə vəziyyətinə xələl gətirən müqavilə şərtlərinin aradan qaldırılmasına yönəldilir.
