Mərkəzi Bank müvəqqəti inzibatçının fəaliyyətinə nəzarəti bir sıra mexanizmlər vasitəsilə həyata keçirir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Mərkəzi Bank müvəqqəti inzibatçının fəaliyyəti barədə məlumat və hesabat tələb edə bilər. Həmçinin banka rəhbərlik və rezolyusiya tədbirlər planının icrası ilə bağlı tövsiyələr və icrası məcburi olan yazılı göstərişlər verə bilər. Bundan başqa, Mərkəzi Bank müvəqqəti inzibatçının təyinat müddətinin uzadılması barədə qərar qəbul edir və onun qərarlarından verilmiş şikayətlərə baxır.
