Tələbin icrası qanunda göstərilən səbəblərə görə mümkün olmadıqda icra məmuru bu barədə akt tərtib edir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Sənədin qaytarılması barədə tələbkara məlumat verilir. Qaytarılmaya səbəb olan hallar aradan qalxdıqdan sonra tələbkarın müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilə bilər.
